...

Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazası genişləndiriləcək

Siyasət Materials 6 Fevral 2012 17:50 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfiri Prayono Atiyantonu qəbul edib.
Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazası genişləndiriləcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir S.Ağayeva/

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfiri Prayono Atiyantonu qəbul edib.

Trend-in bazar ertəsi XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı İndoneziya səfiri etimadnaməsinin surətini Məmmədyarova təqdim edib.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı iki ölkə arasında BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Xəbər lenti