...

Azərbaycan MSK Türkmənistanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 9 Fevral 2012 15:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Türkmənistanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək.
Azərbaycan MSK Türkmənistanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Türkmənistanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək.

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev cümə axşamı Trend-ə bildirib ki, bir komissiya üzvü və bir nəfər isə MSK Katibliyinin əməkdaşı nümayəndə heyətinə daxil olacaq.

Türkmənistanda prezident seçkilərinin keçiriləcəyi rəsmi tarix fevralın 12-nə təyin edilib.

Azərbaycandakı Türkmənistan vətəndaşlarının vaxtından əvvəl səs verməsi üçün seçki məntəqəsi fevralın 2-dən Bakı, Cəlil Məmmədquluzadə, ev 85, mənzil 266/266a ünvanı üzrə Türkmənistan səfirliyində açılıb.

Xəbər lenti

Xəbər lenti