...

Azərbaycan Prezidenti Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumunu təsdiqləyib

Siyasət Materials 13 Fevral 2012 22:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumu”n təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumunu təsdiqləyib

Azərbaycan, Bakı, 13 fevral / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumu"n təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma
Memorandumu" təsdiq edilsin.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti