...

Rumıniyanın Qazaxıstandakı səfirliyinə Azərbaycandakı diplomatik münayəndəliyin sabiq rəhbəri başçılıq edəcək

Siyasət Materials 14 Fevral 2012 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Rumıniyanın Azərbaycandakı keçmiş səfiri Nikolae Ureke ölkənin Qazaxıstandakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Novosti-Kazaxstan" xəbər verib.

O, respublikada diplomatik missiyası başa çatan Rumıniyanın Qazaxıstandakı səfiri Emil Rapçanı əvəz edəcək.

Çərşənbə axşamı Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov rumın diplomatla görüşündə ona Qazaxıstandakı uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib.

Kazıxanovla görüşdən sonra Rapça jurnalistlərə bildirib ki, Rumıniyanın yeni səfiri Astanaya martın sonlarında gələcək.

"Qazaxıstan hökuməti artıq onun namizədliyini bəyənib. Martın sonunda Nikolae Ureke burada olacaq", - Rapça deyib.

Ureke 2011-ci ilin sonunda Azərbaycanda missiyasını başa vurub.

Xəbər lenti

Xəbər lenti