...

Türkiyə və Gürcüstan prezidentlərinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 17 Fevral 2012 12:32 (UTC +04:00)
Sentyabrda Qəbələdə keçiriləcək "Körpülərin Salınması" adlı beynəlxalq konfransda Türkiyə Prezidenti Abdulla Gülün, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin, FİFA-nın prezidenti Yozef Blatterin iştirakı gözlənilir.
Türkiyə və Gürcüstan prezidentlərinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/

Sentyabrda Qəbələdə keçiriləcək "Körpülərin Salınması" adlı beynəlxalq konfransda Türkiyə Prezidenti Abdulla Gülün, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin, FİFA-nın prezidenti Yozef Blatterin iştirakı gözlənilir. Trend-in məlumatına görə, bunu cümə günü mətbuata açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, deputat Elxan Süleymanov bildirib.

Deputatın sözlərinə görə, konfransda xaricdən 100-dən artıq mötəbər qonaqlar - hazırkı və sabiq dövlət və hökumət başçılarının, parlament üzvləri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edəcəklər.

Qeyd edək ki, beynəlxalq tədbir Avropa Məsələləri üzrə İnstitut və AVCİYA-nın təşkilatçılığı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti