...

Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımı ilə bağlı bir sıra tədbir planlaşdırıb

Siyasət Materials 18 Fevral 2012 21:42 (UTC +04:00)
Azərbaycanın Türkiyədəkı Səfirliyi Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Türkiyənin müxtəlif şəhərlərində silsilə tədbirlər keçirməyi planlaşdırıb.
Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımı ilə bağlı bir sıra tədbir planlaşdırıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycanın Türkiyədəkı Səfirliyi Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Türkiyənin müxtəlif şəhərlərində silsilə tədbirlər keçirməyi planlaşdırıb.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov şənbə günü Trend-ə bildirib ki, sözügedən silsilə tədbirlər çərçivəsində 20-28 fevral arasında Giresun şəhərində Giresun Univesitetində; Hatay şəhərində Mustafa Kamal Universitetində; Əlazığ şəhərində Fırat Universitetində; Ankara şəhərində Qazi, Orta Doğu Texniki və Hacettepe Universitetlərində konfrans, sərgi, teatr və sənədli film nümayişi nəzərdə tutulub.

Fevralın 26-da Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetinin böyük Konsert Zalında Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Yusif Mirişlinin bəstələdiyi "613" adlı əsəri ilk dəfə olaraq səsləndiriləcək. Ayrıca Fərhad Bədəlbəylinin "İki qadının duası" əsərinin və Qara Qarayevin müxtəlif əsərlərinin də konsertdə səsləndirilməsi nəzərdə tutulub.

Fevralın 28-də TBMM-də Xocalı Soyqırımı ilə bağlı Funda İyce Tuncel`in qələmə aldığı rəsm əsərlərindən ibarət sərginin də təşkil olunması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti