Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda əcnəbi vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terrorçuluq cinayətinin törədilməsi məqsədilə mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərən şəxslər yaxalanaraq ifşa olunublar.
Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata əsasən, onlar terrorçuluq cinayəti törətmək məqsədilə İranın xüsusi xidmət orqanı olan "Sepah"ın tapşırığı əsasında kəşfiyyat xarakterli məlumatları toplayıb qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğular əldə edib və digər hazırlıq işləri görüblər.
Azərbaycanda terrorçuluq törətmək məqsədilə "Sepah"ın əməkdaşı Həmid və Livanda fəaliyyət göstərən "Hizbullah" terrorçu təşkilatının "Müqavimət" adlı hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbas tərəfindən yaradılan bu mütəşəkkil dəstənin üzvləri arasında müvafiq vəzifə bölgüsü müəyyən edilib.
Azərbaycanda "Sepah" və "Hizbullah"ın yaratdığı terrorçu qrup zərərsizləşdirilib