...

Rusiya İstintaq Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub (FOTO)

Siyasət Materials 24 Fevral 2012 14:48 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.
Rusiya İstintaq Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın hüquqi sahədə Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyini xüsusi vurğulayan Baş prokuror, mövcud olan zəngin müqavilə-hüquq bazasına söykənən dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin hüquq mühafizə orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini bildirib.

Hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edən qonaq, hüquqi sahədə münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu və konkret sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Fevralın 24-də Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının nüfuzlu ali təhsil müəssisələrinin professorları və hüquq ictimaiyyətinin nümayəndələrinin qatıldığı Bakı Dövlət Universitetində təşkil olunmuş Azərbaycanın əməkdar hüquqşünası, professor İlham Rəhimovun müəllifi olduğu cinayətkarlıq və cəza məsələlərinə dair nəzəri və tarixi aspektləri özündə əks etdirən "Cinayətkarlıq və cəza" adlı kitabının təqdimat mərasimində iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti