...

Latviyanın xarici işlər naziri Azərbaycan FHN-də olub

Siyasət Materials 24 Fevral 2012 20:00 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Latviyanın xarici işlər naziri Azərbaycan FHN-də olub

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in cümə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu, onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.

Qonaq da öz növbəsində, Azərbaycanla Latviya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti