...

İlham Əliyev Azərbaycan və Serbiya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiq edib

Siyasət Materials 27 Fevral 2012 18:59 (UTC +04:00)
Prezident İlham Əliyev 2012-ci il yanvarın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
İlham Əliyev Azərbaycan və Serbiya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiq edib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Prezident İlham Əliyev 2012-ci il yanvarın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 2012-ci il yanvarın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

İqtisadi İnkişaf Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti