...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana ayıracağı büdcənin məbləğini açıqlayıb

Siyasət Materials 28 Fevral 2012 17:56 (UTC +04:00)
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-2013-cü illərdə Azərbaycana ayıracağı büdcənin məbləğini açıqlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana ayıracağı büdcənin məbləğini açıqlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-2013-cü illərdə Azərbaycana ayıracağı büdcənin məbləğini açıqlayıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, 2012-2013-cü illərdə təşkilat qaçqınlar üçün 4 296 141 dollar, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli üçün 384 516 dollar, məcburi köçkünlər üçün 1 234 275 dollar ayıracaq. Ümumilikdə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir il ərzində Azərbaycana 5 921 150 dollar ayıracaq.

Həmçinin, təşkilat ehtiyacı olan insanlara sığınacaq vermə sisteminin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Parlamenti, hüquq-mühafizə orqanları, Dövlət Miqrasiya Xidməti ilə məsləhətləşmələri davam etdirəcək. Şəhər ərazilərində yaşayan qaçqınların özlərini təminetmə qabiliyyətini artırmaq üçün onlara kömək göstəriləcək.

Xəbər lenti

Xəbər lenti