...

Bolqarıstanda Azərbaycana dair kitablar təqdim edilib

Siyasət Materials 29 Fevral 2012 22:16 (UTC +04:00)
Bolqarıstanın və Avropanın ən qədim və böyük kitabxanalarından biri olan Müqəddəs Kiril və Mefodi adına kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hədiyyə edilmiş kitabların təqdimatı keçirilib.
Bolqarıstanda Azərbaycana dair kitablar təqdim edilib

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Bolqarıstanın və Avropanın ən qədim və böyük kitabxanalarından biri olan Müqəddəs Kiril və Mefodi adına kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hədiyyə edilmiş kitabların təqdimatı keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Təqdim edilmiş nəşrlərdə ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və başqa materiallar əks olunub.

Tədbirdə iştirak edən qonaqlara Azərbaycanla o cümlədən təqdimatı keçirilən kitabların məzmunu ilə bağlı ətraflı məlumat verilib və kitabların nümayişi həyata keçirilib. Qeyd olunan tədbir qonaqlar, oxucular və kitabxana kollektivi tərəfindən böyük maraqla qarşılanmış və iştirakçılar tərəfindən ölkəmizin ünvanına xoş sözlər ifadə edilib.

Kitabların sərgisi kitabxananın əsas guşəsində 7 gün müddətində davam etdirilib.

Hədiyyə edilmiş kitablara görə qeyd olunan kitabxananın rəhbərliyi tərəfindən səfir Emil Kərimovun ünvanına təşəkkür məktubu göndərilib.

Xəbər lenti

Xəbər lenti