...

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 1 Mart 2012 13:01 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir K.Zərbalıyeva/

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir qonaqlara nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Xalid Şamim Vayn səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti