Azərbaycan, Bakı, 2 mart / Trend müxbir A.Tağıyeva/
Türkiyənin TASAM (Türkiyə-Asiya Strateji Araşdırmalar Mərkəzi) rəhbəri Süleyman Şensoy İslam Əməkdaşlıq Təşkilatının yaxın zamanlarda Suriyaya xüsusi heyət göndərəcəyini açıqlayıb.
"İslam Əməkdaşlıq Təşkilatı yaxın zamanlarda quruma daxil olan ölkələrin Ekspet Şurasından ibarət xüsus qrupu Suriyaya göndərəcək", - Şensoy jurnalistlərə bildirib.
Bu gün Bakıda "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumu öz işinə başlayıb. Forum iki gün davam edəcək.