...

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü regional məsələlərin müzakirəsi üçün vacibdir - XİN

Siyasət Materials 2 Mart 2012 13:20 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüş formatı regional məsələlərin müzakirəsi, regionda əməkdaşlığın cari məsələləri üzrə fikir mübadiləsi baxımından əhəmiyyətlidir.
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü regional məsələlərin müzakirəsi üçün vacibdir - XİN

Azərbaycan, Bakı, 2 mart/Trend müxbir S. Ağayeva/

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüş formatı regional məsələlərin müzakirəsi, regionda əməkdaşlığın cari məsələləri üzrə fikir mübadiləsi baxımından əhəmiyyətlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov nazirlərin martın 7-də Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.

"Biz belə görüşləri ildə iki dəfə keçirmək barədə razılığa gəldik, Naxçıvandan sonra növbəti görüş Türkiyədə baş tutacaq", - Məmmədyarov deyib.

"Today's Zaman" qəzetinin məlumatına görə, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri martın 7-də Naxçıvan Muxtar Respublikasında üçtərəfli görüş keçirməyi planlaşdırırlar.

Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin görüşündə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi müzakirə olunacaq. Nazirlər habelə regionda sülhün və çiçəklənmənin bərqərar olması ilə bağlı birgə layihələrin reallaşdırılması məqsədilə də danışıqlar aparmaq niyyətindədirlər.

Gözlənildiyi kimi, qarşıdakı görüşdə Cənubi Qafqazdakı cari vəziyyət ön plana çıxarılacaq. Üç dövlətin xarici işlər nazirləri iqtisadi artım və davamlı inkişaf hesabına əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək niyyətindədirlər. Bundan başqa, Azərbaycan, Türkiyə və İran terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və insan, narkotik və silah alveri ilə mübarizə sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti