Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Argentina Respublikasının xarici işlər naziri Hektor Timermanı qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd edildi, ikitərəfli əlaqələrin enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu bildirildi.
Prezident İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Argentina Respublikasının xarici işlər naziri Hektor Timermanı qəbul edib