Azərbaycan, Bakı, 2 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və birgə iqtisadi təşəbbüslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.