...

Rusiya XİN Gürcüstanla diplomatik münasibətlərin bərpasını təklif edib

Siyasət Materials 2 Mart 2012 20:52 (UTC +04:00)
RF XİN Gürcüstanın Rusiya vətəndaşları üçün vizasız rejim elan etməsi ilə bağlı iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasını təklif edib.
Rusiya XİN Gürcüstanla diplomatik münasibətlərin bərpasını təklif edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

RF XİN Gürcüstanın Rusiya vətəndaşları üçün vizasız rejim elan etməsi ilə bağlı iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasını təklif edib. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən məlumat verir.

"Biz Rusiya və Gürcüstan xalqları arasında əlaqələrin möhkəmləndirməsində maraqlıyıq. Gürcüstan vətəndaşları üçün qarşılıqlı əsasda vizasız rejimi tətbiq etməyə hazırıq. Bunun üçün gürcü tərəfi Gürcüstana səfər edən rusiyalıların təhlükəsizliyini təmin edəcək hüquqi şəraiti təmin etməlidir" deyə Rusiya XİN-in rəsmi təmsilçisi Aleksandr Lukaşeviç bildirib.

"Biz həmçinin ölkələrimiz arasında diplomatik münasibətləri bərpa etmək təklif edirik", Lukaşeviç deyib.

Moskva bu təkliflərə Tbilisinin cavabını gözləyir, Rusiya XİN-in rəsmi təmsilçisi bildirib.

Xəbər lenti

Xəbər lenti