...

Rusiyada prezident seçkilərində seçici fəallığı 12,2 faizə çatıb

Siyasət Materials 4 Mart 2012 11:34 (UTC +04:00)
Yerli vaxtla saat 10:00-a olan məlumata görə, Rusiyada prezident seçkilərində seçici fəallığı 12,2 faiz təşkil edib.
Rusiyada prezident seçkilərində seçici fəallığı 12,2 faizə çatıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Yerli vaxtla saat 10:00-a olan məlumata görə, Rusiyada prezident seçkilərində seçici fəallığı 12,2 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya MSK-nın sədr müavini Leonid İvlev deyib.

O qeyd edib ki, hazırki seçici fəallığı ötən illər ərzində ölkədə keçirilən seçkilərdəki göstəriciləri ötür.

İlk dəfə altı il müddətinə keçirilən dövlət başçısı vəzifəsi uğrunda Baş nazir Vladimir Putin, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, Ədalətli Rusiya Partiyasından Sergey Mironov və müstəqil namizəd Mixail Proxorov mübarizə aparırlar.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.

Xəbər lenti

Xəbər lenti