...

Azərbaycanda RF prezidenti seçkiləri üzrə səsverməyə yekun vurulub

Siyasət Materials 5 Mart 2012 12:56 (UTC +04:00)
RF prezidenti seçkilərində Rusiyanın Azərbaycandakı səfirliyinin Konsul şöbəsinin uçotunda duran 6358 Rusiya vətəndaşından 2212 nəfər iştirak edib ki, bu da onların sayının 34,5 faizini təşkil edir.
Azərbaycanda RF prezidenti seçkiləri üzrə səsverməyə yekun vurulub

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir E.Tariverdiyeva /

RF prezidenti seçkilərində Rusiyanın Azərbaycandakı səfirliyinin Konsul şöbəsinin uçotunda duran 6358 Rusiya vətəndaşından 2212 nəfər iştirak edib ki, bu da onların sayının 34,5 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə səfirliyin saytındakı məlumatda deyilir.

"Seçkilər mütəşəkkil keçdi. Şikayət daxil olmadı. Azərbaycanın KİV nümayəndələri, MDB PASS iştirakçılarının Demokratiyanın inkişafı, Parlamentarizm və Vətəndaşların hüquqlarının qorunması Beynəlxalq İnstitutunun Bakı filialından, eləcə də RFKP-dan nümayəndələr səfirliyin konsul şöbəsində açılan seçki məntəqəsində olublar", - məlumatda deyilir.

Səsvermənin yekunları üzrə aşağıdakı nəticələr əldə olunub: Jirinovski V.V. - 54 səs (2,44%), Zyuqanov G.A. - 244 (11,03%), Mironov S.M. - 52 (2,35%), Proxorov M.D. - 205 (9,27%), Putin V.V. - 1634 (73,87%).

Saytda deyilir ki, səfirlik Azərbaycan hakimiyyətinə köməyə və səsvermənin təşkilinə görə minntədarlığını bildirir.

Xəbər lenti

Xəbər lenti