...

Prezident İlham Əliyev ilə Rusiyanın Baş naziri Vladimir Putin arasında telefon danışığı olub

Siyasət Materials 5 Mart 2012 13:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng edib
Prezident İlham Əliyev ilə Rusiyanın Baş naziri Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng edib.

Trend-in bazar ertəsi Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Vladimir Putini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin təbrikə və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev Vladimir Putini onun üçün münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti