...

Azərbaycan və Ukrayna XİN rəhbərləri siyasi məsləhətləşmələr aparıblar

Siyasət Materials 5 Mart 2012 18:18 (UTC +04:00)
Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib.
Azərbaycan və Ukrayna XİN rəhbərləri siyasi məsləhətləşmələr aparıblar

Azərbaycan, Bakı, 5 mart /Trend/

Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr əsas müzakirə obyekti olub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi və regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti