...

Azərbaycan, Türkiyə və İran birgə bəyannamə qəbul ediblər (FOTO)

Siyasət Materials 7 Mart 2012 15:28 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşü yekun sənədin - bəyannamənin qəbul edilməsi ilə başa çatıb.
Azərbaycan, Türkiyə və İran birgə bəyannamə qəbul ediblər (FOTO)

Azərbaycan, Naxçıvan, 7 mart /Trend müxbir E.Hüseynov/

Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşü yekun sənədin - bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

Trend-in məlumatına görə, çərşənbə günü üç ölkənin XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin görüşündə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılması zəruriliyi müzakirə olunub.

Nazirlər habelə regionda sülhün və çiçəklənmənin bərqərar olması ilə bağlı birgə layihələrin reallaşdırılması məqsədilə də danışıqlar aparıblar.

"İkitərəfli və üçtərəfli formatda görüşlər keçirildi, bu görüşlərin yekunu üzrə Naxçıvan bəyannaməsi imzalandı. Regionda baş verən proseslərə dəstək ifadə olundu. Tərəflər dialoqu XİN səviyyəsində deyil, həm də iqtisadi inkişaf, nəqliyyat, turizm, mədəniyyət və energetika sahələrində davam etdirmək barədə razılığa gəliblər", - Elmar Məmmədyarov görüşün yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər üç tərəf üçün çox vacib və faydalı danışıqlar aparılıb.

Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, hər üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Türkiyənin Van şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti