...

"Böyük Ermənistan": dənizdən dənizə... yalanlar

Siyasət Materials 9 Mart 2012 17:18 (UTC +04:00)

Elmira Tariverdiyeva, Trend-in icmalçısı

Ermənistanın mayda Bakıda keçiriləcək nüfuzlu "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtinası açıq-aydın provakasiya xarakteri daşıyır. Bunu Yerevanın bu düşüncəsiz addımına haqq qazandırmağa çalışdığı vasitələr təsdiq edir. Əgər erməni jurnalistlərin araşdırmaları olmasıydı, bəlkə də Ermənistan rəhbərliyi Bakıya gəlişdən imtinanı "çox əzab görmüş Ermənistan" haqqında böyük yalanın mozaikasının növbəti hissəsi etməyə nail olacaqdı.

Ermənistanın müsabiqədə iştirak üçün artıq ərizə verməsinə baxmayaraq, bir sıra erməni müğənnilər erməni əsgərin qoşunların təmas xəttində ölməsi ilə əlaqədar olaraq, Ermənistanın "Eurovision 2012" mahnı müsabiqəsində iştirakının yolverilməzliyini bəyan etdi.

Düzdür, sonradan məlum oldu ki, əsgər bir neçə metr məsafədən, demək olar ki, yaxından öz hərbçi yoldaşı tərəfindən güllələnib. Ermənistan KİV növbəti dəfə erməni əsgərin hərbçi yoldaşı tərəfindən öldürülməsinin bütün təfərrüatlarını tez açıqladı.

"Eurovision"da iştirakdan imtina haqqında bəyanatın müəlliflərindən biri Dövlət Mahnı Teatrının direktoru Artur Qriqoryan "Aykakan jamanak" qəzetinə müsahibəsində 19 yaşlı hərbçi Albert Adibekyanın azərbaycanlı snayper deyil, həbs edilmiş əsgər yoldaşı tərəfindən öldürülməsini şərh edərkən deyib ki, "bu, hətta biabırçılıqdan da böyükdür. Məni daha çox hiddətləndirir ki, o, erməni əli ilə öldürülüb".

Ermənistanı müsabiqədə təmsil etməyə namizədlərdən biri olan müğənni Nune Esayanın sözlərinə görə, Ermənistan ordusunda əsgərlərin öz hərbçi yoldaşları tərəfindən öldürülməsi halları hər il təkrarlanır və bunun "Eurovision 2012"-də iştirakdan imtina ilə heç bir əlaqəsi yoxdur.

"Belə insidentlər hər ay qeydə alınır, kimlərsə töhmət alır, işdən azad edilir, lakin bu hallar davam edir. Bu, orduda anaların ünvanına söyüş söyən gənclərin ağılsızlığı səbəbindən baş verir. Bu uşaqlar "söyüşə görə öldürmək olmaz"ı başa düşmürlər. Onlar deyirlər ki, orduya vətəni qorumaq üçün gedirlər, amma...", - müğənni qeyd edib.

Əgər Ermənistanın qızğın vətənpərvərləri də başa düşürsə ki, onların Bakıdakı müsabiqəni boykot elan etməyə hazır olmalarına səbəb olan əsgərlər "ağılsız gənclər"dir, o zaman bu, çox şeydən xəbər verir. Yerevanın iştirakdan imtinası isə Ermənistan hakimiyyətinin ən böyük həyasızlığının əlamətidir.

Baş vermiş hadisənin mənasızlığını anlayaraq və düşdükləri vəziyyətin ağılsızlıq olduğunu qiymətləndirən Ermənistan hakimiyyəti geriyə oynamaq - neçənci dəfədir ki, uzun illər ərzində bəyənilmiş - özünü hər kəsə və hamıya çox əzab görmüş qurban kimi təqdim etmək ssenarisindən istifadə etmək qərarına gəldi. Ermənistanın İctimai Televiziyası guya Azərbaycanda ermənilərə nifrət bəslənməsi haqqında bəyanatla çıxış etdi.

Bəyanatın müəllifləri hesab edir ki, belə fonda formalaşan mühit müsabiqədə iştirak edən müğənnilər üçün bərabər şərait təmin edə bilməz ki, bu da müsabiqənin vacib prinsiplərindən biridir.

Növbəti mənasız izahat gülüşdən başqa heç nə doğura bilməz. Axı məlumdur ki, müsabiqənin harada keçirilməsi böyük ölçüdə vacib deyil. Çünki iştirakçıya görə Azərbaycan əhalisi deyil, bütün Avropa səs verir. Bundan başqa, əgər uzun illər ərzində Ermənistandan tələbələr, idmançılar, deputatlar, politoloqların Bakıda heç bir insidentsiz olmalarına baxmayaraq, Yerevanın öz müğənnilərinin təhlükəsizliyinə görə belə narahat olması qəribədir. Azərbaycan hökumətinin Baş nazir Artur Rasizadənin adından "Eurovision" müsabiqəsinin bütün iştirakçılarına rəsmi təhlükəsizlik zəmanəti təqdim etməsindən isə danışmağa ehtiyac yoxdur.

Təəssüf ki, ucuz fırıldaqlara gedən Ermənistan hakimiyyəti Azərbaycan ərazilərinin işğalı haqqında həyasızcasına susmağa, torpaqların azad edilməsi haqqında beynəlxalq tələbləri pozmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çatmaq üçün Bakının istənilən təşəbbüsünə mane olmağa davam edir.

Xəbər lenti

Xəbər lenti