...

İran hərbi-sənaye kompleksində apardığı sınaqların radioaktiv izlərini silə bilər

Siyasət Materials 10 Mart 2012 10:22 (UTC +04:00)
İranın Parçindəki hərbi-sənaye kompleksində apardığı güman edilən nüvə sınaqları yalnız ehtimaldır və əgər İran hansısa sınaq apararsa, bunun izlərini çox asanlıqla yox edə bilər
İran hərbi-sənaye kompleksində apardığı sınaqların radioaktiv izlərini silə bilər

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbirlər D.Xatınoğlu, E.Tarıverdiyeva/

İranın Parçindəki hərbi-sənaye kompleksində apardığı güman edilən nüvə sınaqları yalnız ehtimaldır və əgər İran hansısa sınaq apararsa, bunun izlərini çox asanlıqla yox edə bilər. Bu barədə cümə günü Trend-ə iranlı ekspert Rza Təqizadə bildirib.

Mübahisəli nüvə proqramı ilə əlaqədar İranla danışıqları bərpa etməyə razılıq vermiş dünyanın altı dövləti çərşənbə axşamı iranlıların beynəlxalq müfəttişlərə böyük hərbi-sənaye kompleksi Parçinə maneəsiz çıxışını təmin etməyə icazə verməli olduqları barədə bəyanat veriblər. Müfəttişlər Parçində atom silahı üçün partlayıcı maddələrdən istifadə olunması məqsədilə kameraların sınaqdan keçirilməsindən şübhələnirlər. "New York Times" yazır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri, o cümlədən iki hərbi ekspert İranın nüvə proqramını yoxlamaq üçün iki dəfə İrana gəliblər. İran məmurları bəyan ediblər ki, nüvə obyektlərinin yoxlanması agentliyin müfəttişlərinin səlahiyyətlərinə daxil deyil. BAEA direktoru Yukiya Amano danışıqların ikinci mərhələsindən sonra İran tərəfinin müşahidəçilərin Tehran yaxınlığında yerləşən Parçin hərbi obyektinə buraxılmasına icazə verməməsini bildirib.

İranın hərbi obyektlərinin peyk vasitəsilə aparılan çəkilişləri yük avtomobillərinin və yerqazan nəqliyyat vasitələrinin nüvə silahının mümkün sınaqlarından qalan radioaktiv izləri itirməsi cəhdlərini göstərir. Bu barədə diplomatlar çərşənbə axşamı "Associated Press"ə məlumat veriblər.

İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyə bu məruzəni təkzib edərək bəyan edib ki, İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır.

Trend-in Ekspert Şurasının üzvü Təqizadə bəyan edib ki, İranın Parçindəki bütün izləri silməsi və daha sonra BAEA nümayəndələrinə ora gəlməyə icazə verməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti