Azərbaycan, Bakı, 9 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Düsen Kaseinovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Düsen Kurabay oğlu Kaseinov "Dostluq" ordeni ilə təltif edilsin.
Düsen Kaseinov TÜRKSOY-un baş katibidir.