...

Elnur Aslanov: Gənclərin vahid qurum şəkilində fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünyaya çatdırılmasına imkan verəcək

Siyasət Materials 12 Mart 2012 11:10 (UTC +04:00)
Gənclərin vahid qurum şəkilində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüsləri, layihələri həyata keüçirməsi gələcəkdə Azərbaycn diasporasının güclənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, əsasən də Dağlıq Qarabğ münaqişəsi haqda müxtəlif ölkələrdə məlumatların çatdırılmasına imkan verəcək
Elnur Aslanov: Gənclərin vahid qurum şəkilində fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünyaya çatdırılmasına imkan verəcək

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir M.Əliyev/

Gənclərin vahid qurum şəkilində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrdə məlumatların çatdırılmasına imkan verəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

Onun sözlərinə görə, qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür.

"Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır", - Aslanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın sosial iqtisadi çəkisi artdıqca müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümyəndələri də daha fəal fəaliyyət göstərə bilirlər.

Bakıda bazar ertəsi Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir.

Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti