...

İran və Azərbaycan münasibətlərinə bəzi məsələlərin təsir etməsinə imkan verilməməlidir – İranın ali liderin nümayəndəsi

Siyasət Materials 13 Mart 2012 12:49 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün səhər İran İslam Respublikasının ali liderinin nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.
İran və Azərbaycan münasibətlərinə bəzi məsələlərin təsir etməsinə imkan verilməməlidir – İranın ali liderin nümayəndəsi

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir T.Cəfərov/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün səhər İran İslam Respublikasının ali liderinin nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.

Görüşdə Cəlili deyib ki, İran və Azərbaycanın təhlükəsizliyi bir-birinə bağlıdır, bəzi məsələlərin iki ölkə arasındakı münasibətlərə təsir etməsinə imkan verilməməlidir.

Görüşdə tərəflər ölkələr arasında münasibətlərin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti