...

Azərbaycanın Suriyadakı səfirliyi işləməkdə davam edir

Siyasət Materials 16 Mart 2012 15:11 (UTC +04:00)
Dəməşqdə vəziyyət nisbətən normallaşıb və Azərbaycanın Suriyadakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində olmaqla, adi rejimdə işləməyə davam edir.
Azərbaycanın Suriyadakı səfirliyi işləməkdə davam edir

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir S.Ağayeva/

Dəməşqdə vəziyyət nisbətən normallaşıb və Azərbaycanın Suriyadakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində olmaqla, adi rejimdə işləməyə davam edir. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev telefonla bildirib.

O qeyd edib ki, Azərbaycan bu ölkədə səfirliyini bağlamaq niyyətində deyil.

Qeyd edək ki, bir gün əvvəl Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının iştirakçıları Dəməşqdəki səfirliklərini bağlamaq haqqında qərar veriblər.

Xəbər lenti

Xəbər lenti