...

ABŞ Azərbaycan ilə təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirir - Dövlət Departamenti

Siyasət Materials 17 Mart 2012 13:18 (UTC +04:00)
Azərbaycan hakimiyyəti cari ilin əvvəlində Azərbaycanda xarici dövlətlərin maraqlarına zərər yetirmək məqsədilə əlbir olmaqda ittiham olunan bir neçə şəxsin saxlandığını elan edib.
ABŞ Azərbaycan ilə təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirir - Dövlət Departamenti

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan hakimiyyəti cari ilin əvvəlində Azərbaycanda xarici dövlətlərin maraqlarına zərər yetirmək məqsədilə əlbir olmaqda ittiham olunan bir neçə şəxsin saxlandığını elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.

"Biz Azərbaycan hökuməti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və Bakıdakı səfirliyimiz və heyətimizin təhlükəsizliyinin təmini üçün Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində işləməyə davam edirik", - məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti iddia edir ki, həbs edilənlərlə İran hakimiyyəti arasında əlaqə var.

"Uzun illər ərzində biz İran hakimiyyətinin öz siyasi gündəliyinin irəliləməsi məqsədilə cəhdlərini görmüşük və bunu nəzərə almaqla, İranın bu hadisələrdə həqiqətən iştirakı təəccüblü olmazdı", - Dövlət Departamentinin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti