Azərbaycan, Bakı, 22 mart /Trend/
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində MDB, Avropa və Asiya ölkələrinin İranda fəaliyyət göstərən səfirlərinin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.
Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, səfir Cavanşir Axundov Novruz bayramı, Novruz bayramının adət-ənənələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Türkiyə, Türkmənistan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belarus, Polşa, Slovakiya, Çexiya, Xorvatiya, Serbiya və s. ölkələrin səfirləri Azərbaycan xalqını bu əziz bayram münasibətilə təbrik edib və xalqımıza ən xoş arzularını çatdırıblar.
Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.