...

Türkiyə İraqın şimalında hərbi əməliyyatları bərpa edə bilər

Siyasət Materials 24 Mart 2012 12:43 (UTC +04:00)
Zərurət yaranacağı təqdirdə, Türkiyə terrorçuların məhv edilməsi üçün İraqın şimalında hərbi əməliyyatları bərpa edə bilər.
Türkiyə İraqın şimalında hərbi əməliyyatları bərpa edə bilər

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir A.Tağıyeva/

Zərurət yaranacağı təqdirdə, Türkiyə terrorçuların məhv edilməsi üçün İraqın şimalında hərbi əməliyyatları bərpa edə bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Anadolu" agentliyinə bildirib.

"Türkiyə əvvəllər İraqın şimalında əməliyyatlar keçirib. Biz hazırkı mərhələdə vəziyyəti izləyirik və zərurət yaranarsa, İraqın şimal ərazisində əməliyyatları bərpa edə bilərik", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti