...

Prezident İlham Əliyev Seulda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir (FOTO)

Siyasət Materials 26 Mart 2012 16:41 (UTC +04:00)
Martın 26-da Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlayıb
Prezident İlham Əliyev Seulda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir (FOTO)

Martın 26-da Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əlidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunur.

Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir.

Sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olmuşdur.

Günün sonunda Koreya Respublikasının xarici işlər və ticarət nazirinin adından nümayəndə heyətlərinin üzvlərinin şərəfinə işçi nahar verilmişdir.

Xəbər lenti

Xəbər lenti