...

Ramil Usubov cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Siyasət Materials 26 Mart 2012 17:53 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Ramil Usubov cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Azərbaycan, Bakı, 26 mart /Trend/

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Trend-in DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, nazir Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən Lənkəran rayon polis şöbəsində keçiriləcək.

Qəbul saat 11:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti