...

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 30 Mart 2012 11:33 (UTC +04:00)
Martın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub
Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Martın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti