Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir S.Ağayeva/
Litva Respublikasının xarici işlər naziri Audronius Azubalis aprelin 1-də Azərbaycana rəsmi səfər edəcəkdir.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Audronius Azubalisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.