...

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə olunub

Siyasət Materials 30 Mart 2012 15:08 (UTC +04:00)
Milli Məclisin Aqrar siyasət komitəsinin cümə günü keçirilən iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra qanunlara dəyişikliklər müzakirə olunub.
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə olunub

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Aqrar siyasət komitəsinin cümə günü keçirilən iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra qanunlara dəyişikliklər müzakirə olunub.

Trend-in məlumatına görə, komitə sədri Eldar İbrahimov bildirib ki, dəyişikliklər 14 qanuna ediləcək.

O bildirib ki, qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycanın Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, "Torpaq icarəsi haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişikliklər edilməlidir.

İclasda, həmçinin "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanunla bağlı təqdim edilmiş dəyişikliklər müzakirə olunub.

İbrahimov deyib ki, Milli Məclis yaz sessiyasında "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.

O qeyd edib ki, bir il əvvəl birinci oxunuşda qəbul olunduqdan sonra qanun layihəsinin bu qədər gecikməsi ictimaiyyətdə narazılığa səbəb olur.

"Ona görə də mütləq bu sessiyada edilmiş təkliflər də nəzərə alınmaqla komitədə müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunacaq", - İbrahimov vurğulayıb. Onun sözlərinə görə, qanunla bağlı müəyyən məsələlər var idi və artıq onlar həllini tapır. "Aprel ayında komitə təqdim olunmuş təklifləri də nəzərə almaqla müzakirəyə çıxarmaq niyyətindədir. Çalışacağıq ki, qanun layihəsi tezliklə qəbul olunsun", - o əlavə edib.

Komitə sədri deyib ki, bir sıra beynəlxalq təşkilatların, hətta müxalifətdən olan mütəxəssislərin də rəyi alınıb.

Eldar İbrahimov deyib ki, aprel ayında komitə təqdim olunmuş təklifləri də nəzərə almaqla müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti