...

Avropa İttifaqının komissarı Azərbaycanın müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Siyasət Materials 3 Aprel 2012 11:48 (UTC +04:00)
Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın bəzi müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirib.
Avropa İttifaqının komissarı Azərbaycanın müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın bəzi müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirib.

Görüşdə iştirak edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Trend-ə bildirib ki, görüş zamanı ölkədəki ümumi siyasi vəziyyət müzakirə olunub.

AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, ReAL Hərəkatının həmsədri İlqar Məmmədovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti

Xəbər lenti