...

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 5 Aprel 2012 14:04 (UTC +04:00)
Aprelin 5-də Çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olub
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Aprelin 5-də Çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiya dövlətinin başçısına raport verdi.

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Hərbi orkestrin ifasında Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan dövlətinin başçısı çex əsgərlərini salamladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdilər.
Çexiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiya Prezidenti Vatslav Klausa təqdim olundu.
Sonra dövlət hədiyyələri təqdim edildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Praqa qəsrinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Xəbər lenti

Xəbər lenti