...

Milli Məclis Azərbaycan və Serbiya arasında kredit sazişini təsdiq edib

Siyasət Materials 6 Aprel 2012 14:27 (UTC +04:00)
Milli Məclis Azərbaycan və Serbiya arasında kredit sazişini təsdiq edib.
Milli Məclis Azərbaycan və Serbiya arasında kredit sazişini təsdiq edib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin bu gün keçirilən iclasında "Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında kredit sazişi"nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, layihəyə əsasən, Azərbaycan hökuməti Serbiyaya 308 mln. avro məbləğində kredit vəsaiti verəcək.

Vəsait 25 il müddətinə, illik 4%-lə ayrılacaq. Layihənin podratçısı qismində Azərbaycanın "AzVirt" şirkəti çıxış edəcək.

Müzakirələrdən sonra layihə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti