...

Rusiya Qəbələ RLS-in əvəzinə Ermənistanda radiolokasiya stansiyası tikəcəkmi? - ekspert

Siyasət Materials 11 Aprel 2012 16:48 (UTC +04:00)
Rusiya Azərbaycanın qiymətini 7 milyon dollardan 300 milyon dollaradək qaldırdığı Qəbələ RLS-in əvəzinə Ermənistanda radiolokasiya stansiyası tikəcəkmi?
Rusiya Qəbələ RLS-in əvəzinə Ermənistanda radiolokasiya stansiyası tikəcəkmi? - ekspert

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Rusiya Azərbaycanın qiymətini 7 milyon dollardan 300 milyon dollaradək qaldırdığı Qəbələ RLS-in əvəzinə Ermənistanda radiolokasiya stansiyası tikəcəkmi?

Rəsmi Moskva Ermənistanın Baş naziri Tiqran Sarkisyanın "Kommersant"a müsahibəsində səsləndirdiyi təklifə hələlik cavab verməyib. Erməni və rusiyalı ekspertlər hələlik təklifə əsasən müsbət reaksiya verir. Hətta belə bir fikir var ki, Rusiyanın təklifi regional təhlükəsizlik baxımından inqilabidir.

Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov Trend-ə deyib.

Lakin məsələnin özündə hər şey xeyli mühafizəkardır. Sadəcə olaraq, Ermənistan hakimiyyəti artıq uzun illərdir ki, Rusiyanın Ermənistanda nəsə tikməsinə nail ola bilmir. Hələ Robert Koçaryanın dövründə Ermənistan İranla sərhəddə neft emalı zavodunun tikintisinə çalışırdı, ancaq Rusiya imtina edərək bəyan etmişdi ki, bu, qeyri-rentabelli layihədir.

Sonra Ermənistan çox istədi ki, Rusiya Ermənistanın xarici borcu hesabına ona keçən müəssisələrə investisiya qoysun, lakin Rusiya bu müəssisələri heç cür işə salmadı. "Mars" zavodu ərazisində azad iqtisadi zonanın yaradılması haqqında məsələ isə hələlik çox müəmmalı görünür.

Ardından Ermənistan Rusiyanın yeni atom elektrik stansiyası (AES) tikməsini istədi, ancaq Rusiya yalnız AES-in tikinti hüququnu öz üzərinə götürdü və bəyan etdi ki, zəruri vəsaitlərin 20 faizini maliyyələşdirməyə hazırdır.

Sonra Ermənistan çox istədi ki, Rusiya İran-Ermənistan dəmiryolunu çəksin, lakin Moskva Ermənistanın yalnız Asiya İnkişaf Bankına ümid etdiyi Şimal-Cənub avtomagistral layihəsindən imtina etdiyi kimi, bundan da imtina etdi.

Görünür, Rusiya Ermənistanda tikintidən imtina prinsipi ilə rəhbərlik edir. Rusiya gəlir və artıq tikilib-çəkilmiş Ermənistan-İran qaz kəmərini, kommunikasiya sahəsini, enerjini alır. Rusiya müstəqil Ermənistanda yeni heç bir şey yaratmadı.

İndi Ermənistan istəyir ki, Rusiya radiolokasiya stansiyası tiksin ki, Moskva buraya az da olsa investisiya qoysun. Yəqin Ermənistan elə güman edir ki, Rusiya heç olmasa hərbi-siyasi layihədən imtina etməyəcək.

Lakin çox güman ki, Moskva bunu da etməyəcək. Ermənsitanda tikintidən imtina Rusiyanın strategiyasıdır, prinsip məsələsidir. Görünür bu, Rusiya elitasının məntiqindən irəli gəlir. Rusiya elitası başa düşür ki, Ermənistan Rusiyanın təsir dairəsində çox qala bilməyəcək, çünki Ermənistanda yekunda milli maraqlar qalib gələcək, Rusiyanın indiki cəhalətpərəst və fəlsəfə qismindəki təsir dairəsi isə bu maraqlara tam uyğun deyil.

Xəbər lenti

Xəbər lenti