...

Azərbaycan Prezidenti Danimarka Kraliçasına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 14 Aprel 2012 16:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb.
Azərbaycan Prezidenti Danimarka Kraliçasına təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb.

"Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Danimarka münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq diləyirəm", - Prezidentin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti