...

Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədrliyindən istefa verib

Siyasət Materials 20 Aprel 2012 14:36 (UTC +04:00)
"İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı təşkilatın sədrliyindən istefa verib.
Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədrliyindən istefa verib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Mehdiyev/

"İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı təşkilatın sədrliyindən istefa verib.

Osmanlı Trend-ə açıqlamasında bildirib ki, onun istefa verməsi təşkilatın nizamnaməsinə uyğundur.

O qeyd edib ki, mayın 5-də Birliyin qurultayı keçiriləcək və yeni sədr seçiləcək. Osmanlı bildirib ki, bu vəzifəyə artıq yeni gənclərin seçilməsi daha məqsədəuyğundur.

Xəbər lenti

Xəbər lenti