...

Kürd muxtariyyəti PKK-ya İraqın şimalında idarəetməyə imkan verməyəcək

Siyasət Materials 20 Aprel 2012 18:24 (UTC +04:00)
Kürd muxtariyyəti terrorçu Kürd Fəhlə Partiyasına (PKK) İraqın şimalında idarəetməyə imkan verməyəcək.
Kürd muxtariyyəti PKK-ya İraqın şimalında idarəetməyə imkan verməyəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Tağıyeva/

Kürd muxtariyyəti terrorçu Kürd Fəhlə Partiyasına (PKK) İraqın şimalında idarəetməyə imkan verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyə Prezidenti Abdullah Güllə görüşündə bildirib.

"PKK problemini silahla həll etmək mümkün deyil, daha səmərəli variant lazımdır", - Bərzani deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti bu məsələnin həll edilməsi üçün artıq bir çox şey edib və buna etinasız yanaşmaq olmaz.

Xəbər lenti

Xəbər lenti