...

Azərbaycan Parlamentinin spikeri Kristof Ştrasseri qərəzlilikdə suçlayıb

Siyasət Materials 1 May 2012 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin spikeri AŞPA-da Azərbaycan üzrə məruzəçi Kristof Ştrasseri qərəzlilikdə suçlayıb.

"Ştrasser Ukraynada keçirilən futbol üzrə Avropa çempionatı, Belorusda keçiriləcək hokkey üzrə dünya çempionatında bəzi ölkələrin rəhbər şəxslərinin iştirak etməyəcəklərini bəhanə gətirərək Azərbaycanda keçirilən "Eurovision"ın da boykot olunmasını istəyib. Bu, onun səviyyəsini və Azərbaycan qarşı qərəzini göstərir", - Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, həmçinin Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzlə yanaşır və Azərbaycanda "Eurovision"ın boykotuna çağırır.

"Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır", - spiker deyib.

Xəbər lenti

Xəbər lenti