...

Gürcüstan tərəfi David Qareci monastırı məsələsinə ehtiyatla yanaşmağa çağırır

Siyasət Materials 15 May 2012 15:57 (UTC +04:00)
Gürcüstan Prezidentinin mətbuat spikeri Manana Mancqaladze hamını Gürcüstan-Azərbaycan sərhədindəki David Qareci monastır kompleksi (Keşiş dağ məbədi) ilə bağlı məsələyə ehtiyatla yanaşmağa çağırır.
Gürcüstan tərəfi David Qareci monastırı məsələsinə ehtiyatla yanaşmağa çağırır

Gürcüstan, Tbilisi, 15 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidentinin mətbuat spikeri Manana Mancqaladze hamını Gürcüstan-Azərbaycan sərhədindəki David Qareci monastır kompleksi (Keşiş dağ məbədi) ilə bağlı məsələyə ehtiyatla yanaşmağa çağırır.

Gürcüstan və Azərbaycan tərəfləri xüsusi hökumətlərarası komissiya çərçivəsində sərhədlərin demarkasiyası və delimitasiyasiyası üzrə danışıqlar aparırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Mancqaladze ənənəvi brifinqdə bildirib.

Gürcüstanın müxalifət partiyaları və ictimaiyyət nümayəndələri monastır kompleksinin bir hissəsində azərbaycanlı sərhədçilərin yerləşdirilməsi ilə bağlı narazılıqlarını bildiriblər. Onlar kompleksin Azərbaycan ərazisinə aid olan hissəsinə nəzarət edirlər.

Bu gün "Salome Zurabişvili - Gürcüstanın yolu" müxalifət partiyası Gürcüstan XİN qarşısında aksiya keçirib. Aksiyaçılar XİN rəhbərinin müavini Nino Kalandadzenin dünən monastır kompleksinin bir hissəsinin Azərbaycan ərazisində yerləşməsi barədə bəyanatı ilə bağlı cavab verməsini tələb ediblər.

"Biz azərbaycanlı dostlarımızla sərhədin böyük bir hissəsini müəyyən etmişik, lakin bu gün bir sıra mübahisəli ərazilər qalır, onlar üzərində iş gedir və nəticələri gözləmək vacibdir", - Mancqaladze bildirib.

Xəbər lenti

Xəbər lenti