...

Türkiyə Şimali Kiprin hava məkanının pozulması ilə bağlı İsraildən izahat tələb edib

Siyasət Materials 17 May 2012 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyə cümə axşamı İsrailin hərbi təyyarələri tərəfindən Şimali Kipr Türk Respublikasının hava məkanının pozulması ilə bağlı İsrail hakimiyyətindən izahat tələb edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Türkiyə Baş Qərargahının rəsmi saytında dərc edilən məlumata görə, İsrail təyyarələri səkkiz dəqiqə ərzində beş dəfə Şimali Kiprin hava məkanını pozub.

Cavab tədbiri qismində Türkiyə Hərbi Hava Qüvvələri Şimali Kiprə öz təyyarələrini göndərib. Onlar İsrail pilotlarını Şimali Kiprin ərazisindən sıxışdırıb çıxarıblar.

İsrail təyyarələri Türkiyə və Şimali Kiprin adanın türk ərazisində karbohidrogen kəşfiyyat işləri aparmalarına cavab olaraq, son vaxtlar Şimali Kiprin hava məkanını davamlı şəkildə pozur.

Xəbər lenti

Xəbər lenti