Azərbaycan, Bakı, 21 may /Trend/
Bazar ertəsi günü ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü olmuşdur. Bu barədə AzərTAc dövlət xəbər agentliyi məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.
NATO-nun baş katibi Anders Foq Rasmussen və ABŞ Prezidenti Barak Obama çıxış edərək gündəlikdəki məsələlərdən danışmışlar.
Dövlətimizin başçısı görüşdə çıxış etmişdir.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdirmişlər.
Foto - AzərTAc