...

ABŞ Prezidenti Barak Obama Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 25 May 2012 14:01 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama 28 May - Respublika Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ Prezidenti Barak Obama Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 25 may /Trend/

ABŞ Prezidenti Barak Obama 28 May - Respublika Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"28 May - Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Amerika Birləşmiş Ştatlarının adından Sizə və Azərbaycan xalqında öz təbriklərimi çatdırıram. 1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu. Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşamışdır və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı", - Trend-in məlumatına görə, Obamanın təbrik məktubunda qeyd olunur.

ABŞ Prezidenti məktubunda bildirir ki, bu il eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixi qeyd edilir.

"Belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim.

Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm", - Obama təbrik məktubunda deyir.

Xəbər lenti

Xəbər lenti