Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi hazırlanır.
Trend-in məlumatına görə, Parlamentin mayın 29-da keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, sənədin hazırlanması üçün vitse-spiker Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiyaya Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli, Fərəc Quliyev daxildir.